“Bakı Metropoliteni” bu gün yarım saat artıq işləyəcək

img

12-12-2019 [16:38]


"Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər, yəni yarım saat artıq işləyəcək.

Bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar metronun "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi isə adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA