Qanunsuz idman mərc oyunları təşkil edən internet saytlarını reklam edən yerli KİV-lər... - Mətbuat Şurası toplandı
11-12-2019 [23:51]
Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Mia.az Şuraya istinadla bildirir ki, MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.
İlk olaraq iclasda Şuraya müraciətlərin 11 aylıq statistikasına nəzər salınıb.
Bu baxımdan nəzərə çarpan tendensiyalar müzakirə olunub. Bildirilib ki, quruma daxil olan 490 müraciətdən 201-i media orqanlarının fəaliyyətindən şikayətdir.
Həmin şikayətlərin 126-sı MŞ-nin Katibliyində araşdırılıb, tərəflər arasında barışıq əldə olunub. 75 şikayət isə Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. Ötən müddətdə 4 cavabdeh KİV-in adı "qara siyahı”ya daxil edilib.
Ə. Amaşovun bu və digər məsələlərlə bağlı məlumatları məqbul qiymətləndirilib və onların MŞ-nin 2019-cu il üçün yekun hesabatında əksini tapması zəruri sayılıb.
İclasda müzakirə edilən ikinci məsələ Azərbaycan Gənclər və İdman Nazirliyinin Azərbaycan Mətbuat Şurasına ünvanladığı məktub olub. Məktubda bildirilib ki, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamları isə ölkəmizin kütləvi informasiya vasitələrində yayımlanmaqdadır. Nazirlik reklam yayımının qarşısının alınmasının vacibliyini vurğulayıb və prosesə dəstək olmağa çağırıb. Oxşar müraciəti Şuraya 2011-ci ildən Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan "Caspiantech” QSC də edib. "TOPAZ” ticarət nişanına malik bu qurum qanunsuz mərc oyunlarının təşkilini həyata keçirən internet saytların siyahısını da təqdim edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri müzakirə olunan məsələnin mediamız üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Bildiriblər ki, kütləvi informasiya vasitələrimiz reklam bazarının zəifliyindən əziyyət çəkir. İndiki durumda onlar mərc oyunu təşkil edən internet portalları reklam etməklə də müəyyən gəlir əldə edirlər. "TOPAZ”ın isə yerli KİV-lərdə lazımi qədər reklamı getmir. Mövcud durumda ikincilərin digər idman mərc oyunu təşkil edənlərin reklamlarından imtinası maliyyə durumlarına mənfi təsir deməkdir.
İclasda həmçinin bildirilib ki, qanunsuz idman mərc oyunları təşkil edən internet saytları reklam edən bəzi yerli KİV-lər məhkəmə iddiaları ilə də üzləşməkdədirlər. Bu proseslər bəzən cavabdehlərin özlərinin iştirakı olmadan aparılır və qərarlar çıxarılır. Müzakirəyə çıxarılan məsələ məhz bu baxımdan da vacibdir.
MŞ İdarə Heyəti qərara gəlib ki, Şura adından Azərbaycan Gənclər və İdman Nazirliyi, habelə "TOPAZ” ticarət nişanlı, ölkəmizdə ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan "Caspiantech” QSC-yə müraciət ünvanlansın.
Müraciətdə KİV-lərə reklam verilməsinin və bu istiqamətdə onlarla əməkdaşlıq qurulmasının vacibliyi tövsiyə olunsun. Bunun hər iki tərəfin mənafeləri baxımından faydalılığı əsaslandırılsın.
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib