"Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır" - Deputatdan hüquq müdafiəçisi ilə bağlı etiraz

img

11-12-2019 [21:42]


Azay Quliyev Heydər Əliyev Fonduna təşəkkür edərək, hazırda Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin sağlamlıq durumundan istifadə edib, çirkin siyasi kampaniya aparanlara etiraz edib.

Mia.az xəbər verir ki, bu barədə  Azay Quliyev "tvitter" hesabında yazıb: "Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsi üçün göstərdiyi hərtərəfli dəstək və bu dəstəyin bundan sonra da davam edəcəyi barədə verdiyi son açıqlama ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdir olunur.

Təəssüflər olsun ki, baş vermiş bu bədbəxt hadisədən özünün cılız siyasi məqsədləri üçün istifadə edənlər və Fondun bu nəcib və xeyirxah addımını qaralamaq məqsədilə siyasi şou düzəldənlər də var. Hesab edirəm ki, sağlamlıq durumu kritik olan bir şəxsin həyatı ilə manipulyasiya etməyə heç kimin haqqı yoxdur. Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır.

Bütün bunlara rəğmən xeyirxah əməlini davam etdirdiyinə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür edir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA