Bərdədə evdə patlayış: yaralı var

img

11-12-2019 [14:36]


Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, yanğın nəticəsində ətrafa dağılan yanacaq və otağın tavanı qismən yanıb. 

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA