10-09-2013 [11:49]
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib. Bu barədə "Bizim Yol”a məlumatlı mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, Penitensiar Xidmət bu CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini planlaşdırır. 2 saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən sonra başlayıb. Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin təyinatından sonra "zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib. Bundan sonra Eyvaz Əsgərov 2 saylı CÇM-də "oğru vəziyyəti”nin yaradılması üçün bir qrup dustaqla danışıqlara başlayıb, "vəziyyət”in qurulması üçün aylıq "haqq” təyin edilib. Amma "vəziyyət” qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa başlayıb. Bu yaxınlarda isə dustaqlar arasında "zon”da hökm sürən "oğru vəziyyəti”nə etimadsızlıq dalğası baş qadırıb. Adətən, dustaqlar cəza çəkdikləri "zon”da "oğru vəziyyəti”nin olmasını arzulasalar da, bu dəfə situasiya fərqli alınıb. Böyük bir qrup dustağın fikrincə, hazırda "zon”da mövcud olan vəziyyət heç də "oğru vəziyyəti” deyil və bu, daha çox "poqon”ların nəzarətində olan bir "vəziyyət”dir. Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2 saylı CÇM-də baş verənlərlə bağlı "kurs qoyublar” (yəni onları məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların "zon”da yaranmış durumla bağlı "proqon”u CÇM-ə daxil olub ("proqon” qanuni oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır). "Proqon”da bildirilir hazırda 2 saylı "zon”da mövcud olan "vəziyyət”in oğru aləminə heç bir dəxli yoxdur.
Bundan sonra "zon”da durum daha da gərginləşib. Dustaqlar hazırda mövcud olan "vəziyyət”in təsisatlarına başçılıq edən dustaqları tanımaqdan imtina edirlər, "vəzifəlilər” isə "vəziyyət”i təhvil vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış böyk riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin "zon”a yeridilməsi zərurəti yaranır.
Hər hansı "zon”a daxili qoşunların yeridilməsi proseduruna gəlincə, bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili qoşunların rəhbərliyinə müraciət edir, "zon”da fəallığı ilə seçilən 50-60 dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi anda daxili qoşunlar "zon”a daxil olur. Bu andan etibarən həmin "zon”da idarəçilik tam olaraq daxili qoşunların əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər.
Azərbaycanda CÇM-lərə daxili qoşunların yeridilməsi proseduru bütün hallarda ifrat zorakılıqla müşayiət olunur. Adətən, belə prosedurdan sonra ölüm halları da baş verir, lakin ölümün əsl səbəbləri ört-basdır edilir. Əvvəllər də 2 saylı CÇM-ə daxili qoşun qüvvələri yeridilib. 2007-ci ildə "oğru vəziyyəti”nin dağıdılması üçün 2 saylı "zon”a yeridilən daxili qoşun qüvvələrinin zorakı davranışı hələ də heyrətlə xatırlanır. O zaman daxili qoşunlar səhər saat 5-00 radələrində "zon”a daxil olublar. Xüsusi hazırlanmış itlərlə "zon”a daxil olan qoşun qüvvələri yataqxanaların yerləşdiyi hər üç korpusu mühasirəyə alıblar. Daha sonra 1200-dək dustağı korpusların qarşısındakı meydançaya yığıblar. Vahimə yaratmaq üçün əvvəlcə dəyənəklərlə sağa-sola qarşılarına çıxan istənilən dustağı qanına qəltan ediblər. Həmçinin itlərin dişindən keçirilən dustaqlar da olub. Daha sonra dustaqlara dizi üstə çökmək əmri verilib. Cinayət aləmində "poqon”ların əmrinə əməl edib dizi üstə çökmək "əskiklik” sayıldığına görə xeyli sayda dustaq əmrə tabe olmaqdan imtina edib. Sonra qoşun qüvvələri "zon”un çıxışına qədər hər iki tərəfdən düzülməklə təxminən 150 metr uzunluğunda "dəhliz” düzəldiblər və "əyilməz” dustaqları qışın şaxtasında alt paltarlarınadək soyundurub həmin "dəhliz” boyunca "zon”un çıxışına tərəf qovublar. "Dəhliz” boyunca hərəkət edən dustaqları fasilə vermədən vəhşicəsinə dəyənəklərlə vurublar. Artıq "zon”un çıxış həyətində onları gözləyən xüsusi maşınlara çatanadək bir çox dustaq huşunu itirib. Sonra onları qana boyanmış halda 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinə (Penitensiar Xidmətin Vərəm Dispanserinə) aparıblar və orada karser kameralarına yerləşdiriblər. Bir neçə gün ərzində onları orada saxlayıblar ki, "təbii” yolla saf-çürük edə bilsinlər. Həmin müddətdə dəyənək zərbələrindən yaranan daxili qanaxma nəticəsində ölən dustaqlara "vərəm” diaqnozu ilə ölüm aktı tərtib edilib, vəhşi hücumdan sağ çıxanları isə məhkəmə qarşısına çıxarıb barələrində cəzasının müəyyən hissəsini Qobustan qapalı tipli həbsxanasında çəkmək barədə qərar çıxarıblar.
Mənbə iddia edib ki, bu dəfə yenidən həmin "zon”u eyni tale gözləyir. CÇM rəisləri isə adətən, bu situasiyadan istifadə edib qərəzli olduqları bəzi dinc dustaqların da adlarını daxili qoşunlara verirlər.
Mənbənin sözlərinə görə, hazırda Penitensiar Xidmət bu reydin indi, yoxsa prezident seçkilərindən sonra həyata keçirilməsi üzərində baş sındırır. Daxili qoşunların "zon”a yeridilməsi böyük səs-küyə səbəb olacağı qaçılmazdır və seçki ərəfəsində buarzuolunmazdır, ona görə də ehtiyatlanmalar var.
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"
AzTV-nin əməkdaşı vəfat edib
“eManat”dan karta pul yüklənməsi: faiz tutulacaq
Qılıncdan raketlərə: texnologiyanın dəyişdirdiyi dünya - TƏHLİL
Tramp Çin lideri ilə görüşü təxirə salır, İranla isə... - "Tehran rejimi danışıqlar istəyir, amma..."
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR