"İctimai Şuralar müstəqil şəxslərdən təşkil olunmalıdır" - Jurnalist təşkilatı Xaçmazda tədbir keçirib + FOTO

img

02-12-2019 [09:46]


"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımıyla həyata keçirdiyi "İctimai iştirakçılığın regionlarda genişləndirilməsinə dəstək” adlı layihənin icrasını davam etdirir.

Mia.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Xaçmaz Peşə Liseyində baş tutub. Tədbirdə adıçəkilən təhsil ocağının müəllim və şagirdləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və jurnalistlər iştirak ediblər.

Xaçmaz Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər Mustafayeva vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. Direktor müavini bildirib ki, analoji layihələrin icrası ölkədə açıq cəmiyyət quruculuğunu daha da sürətləndirəcək.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə auditoriyanı "İctimai İştirakçılıq Haqqında” Qanunun əsas müddəaları ilə tanış edib. 

JAM sədri dövlət qurumlarının yanında fəaliyyət göstərən İctimai Şuraların müstəqil şəxslərdən təşkil olunmasının vacibliyini vurğulayıb.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov ictimai nəzarət mexanizminin qurulmasının əhəmiyyətini dilə gətirib. TUMİB sədri qeyd edib ki, ictimai nəzarətin təmin olunması həm də cəmiyyətin fəallığından asılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA