Axundun oğlu sərxoş şəkildə maşını idarə etdi və... - Zərdabda maraqlı olay

img

01-12-2019 [16:54]


Zərdab rayonunda axundun oğlu DYP tərəfindən saxlanılıb.

Hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb.

Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10-LF-572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. Saxlanılan şəxs barəsində müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyevin oğludur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA