Şura Müsabiqə Komissiyasının tərkibini təsdiqlədi, 8 qurumla birgə qrant müsabiqəsi keçirilməsinə qərar verdi

img

29-11-2019 [20:41]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə məlumat verib.

İclasda Şuranın elan etdiyi "SƏLİS Jurnalist” yazı müsabiqəsinin Müsabiqə Komissiyasının formalaşdırılması məsələsinə baxılıb və onun tərkibinin Azərbaycanın tanınmış 5 media qurumunun rəhbərlərindən ibarət olması haqqında qərar qəbul edilib.

Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Şahin İsmayılov, Əliməmməd Nuriyev,  Nərgiz Eyvazova, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra Şuranın 8 qurumla birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub. Müsabiqənin elanı Şuranın internet saytlarında yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA