"Ukrayna tərəfinin xahişi ilə..." - Zurabişvilinin Kiyevə səfəri təxirə düşdü

img

28-11-2019 [23:07]


Gürcüstan prezidenti Salome Zurabişvilinin cari ilin noyabrında Ukraynaya səfəri qarşı tərəfin xahişi ilə əlaqədar 2020-ci ilə təxirə salınıb.

Bu barədə Gürcüstan prezidenti administrasiyasının bəyanatında deyilir.

"Cari ilin noyabrında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, ancaq Ukraynada inkişaf edən proseslərə görə, Ukrayna tərəfinin xahişi ilə səfər 2020-ci ilə təxirə salınıb", - bəyanatda deyilir.

Administrasiyada həmçinin bildirilib ki, daha əvvəl Gürcüstan mətbuatında Ukrayna prezidenti Vladimir Zelenskinin bu ölkəyə səfəri barədə yayılan xəbərlər həqiqətə uyğun deyil/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA