Rəsmi Moskvadan Gürcüstana mesaj: "Aviauçuşlar yeni ilə qədər bərpa olunmayacaq”

img

28-11-2019 [18:30]


"Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların yeni ilə qədər bərpa olunması gözlənilmir”.

Bu barədə rusiyalı diplomat Qriqori Karasin "İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uçuşların bərpası ilə bağlı məsələ nəzərdən keçirilib: "Gürcüstanda baş verən hadisələrin inkişafını, Tbilisi küçələrində baş verənləri və Gürcüstan ictimaiyyətindəki əhval-ruhiyyəni izləyəcəyik”.

Qeyd edək ki, bu gün Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Q.Karasin arasında Praqada növbəti görüş keçirilib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA