08-09-2013 [22:59]
"Anam, əziz anam! Necəsən? Sizin üçün bilsəniz necə darıxmışam? Birdən əyləşib keçən günlərimizi fikirləşirəm. Atam mənə deyəndə ki, ot təmizlənməlidir, tez durub maşına qaçardım. Amma burada bü-tün günü təmizlik də edirik, ot da yığırıq. Nə bilim anam, bilmirəm nə edim. Birdən elə bezirəm ki, özümü öldürmək istəyirəm. İndi bilirsən nə istərdim, evdə olardım. Evdə olardım üstümə qışqırardın, danlayardın. Elə bir yerə gəlib düşmüşəm ki, anamın, atamın üzünə həsrət qalmışam. 3 aydır ki sizi görmü-rəm. Sizi də başa düşürəm. İmkanınız yoxdur. Ayda o evə 200 manat pul gəlir. Siz onunla tələbə də oxutdurmalısız. Hər ay atam 50-60 manat mənə göndərir. Ona görə də, sizə deyə bilmərəm ki, mənim yanıma gəlin. Bircə yerimi dəyişsəydilər, canım rahatlaşardı".
Bu sətirlər nə İkinci Dünya Müharibəsində faşist konslagerində girov saxlanılan, nə də erməni əsirliyində olan bir azərbaycanlının canından bezdiyi üçün yazdığı son məktubdan seçmələrdir. Nə yazıq ki, bu sətirlərin müəllifi bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən hərbi hissəsində intihar etdiyi bildirilən Azərbaycan əsgəri İmran Şavəddinovun anasına yazdığı məktubdan bir parçadır.
Bu məktubun arxasında təkcə bir ananın, bir övladın, bir ailənin faciəsi dayanmır. Bu məktub bütövlükdə Azərbaycan xalqının nə qədər aciz, nə qədər müti bir vəziyyətdə olduğunu göstərir.
Ordu bizim güvənc yerimiz, baş tacımızdır. Bir millətin var olma səbəbi, yaşaması onun ordusuna bağlıdır. Amma nə yazıq ki, bu gün ordumuzla bağlı bu ifadələri işlədə bilmirəm. Ordunun dostları, daha doğrusu, ordu rəhbərliyinin müdafiəçiləri Silahlı Qüvvələr haqda yazılan hər bir yazını milli dövlətçiliyimizə vurulan zərbə hesab edir, bəzən bunu lənətləyirlər də. İndi gəlin görək, kim lənətlənməlidir? Bir əsgəri özünü öldürmək həddinə çatdıran, xidmət yerini cəhənnəmə döndərən, yüzlərlə ananı övladının nalə dolu məktublarını oxumağa məhkum edən, sonunda balasının cansız bədənini valideyninə təhvil verən ordu rəhbərliyi, yoxsa bizlər?
Bu gün sinəsinə döyüb Milli Ordunu müdafiə etdiklərini deyənlərdən min dəfə vətənpərvərəm, əsgəri-mi də, zabitimi də, bayrağımı da onlardan çox sevirəm. Başa düşə bilmirəm, nəyə görə əsgərini intihar həddinə çatdıran, vətənə xidmət yox, zillət çəkdirən ordu rəhbərliyinə general rütbəsi, bahalı avtomobillər, rahat kreslo və şahənşah həyatı nəsib olmalıdır? Deyəsən, kim daha çox əsgər əzir, anaların göz yaşı tökməsinə səbəb olur, o da mükafatlandırılır. Amma ordudakı bu özbaşınalıqdan, qanunsuzluqdan, dərəbəylikdən yazanda, buna etiraz edəndə lənətlənirik, ordu düşməni elan edilirik.
Mən, ordumu da, əsgərimi də, elə generalımı da uca görmək istəyirəm. Mənim əsgərim də, zabitim də zirvədə olmalıdır. Amma bu gün ordum da, əsgərim də bir ölüm bataqlığına salınıb. Əgər belə olmasaydı, 20 illik atəşkəs dövründə bu qədər əsgərimizin cansız bədəni evinə göndərilməzdi. Amma bu gün əs-gər anasının boynu bükükdür. Çünki onun oğlu erməninin deyil, içimizdəki düşmənlərin "güllə"sinə tuş gəlir.
Odur ki, hörmətli generallarımız, ordumuzu əsir düşərgəsinə çevirməyin!
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."