08-09-2013 [22:55]
90-cı illərin ortalarında "28 May" metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ayaqqabı satırdım. Oranın necə bir yer olduğunu ifadə edə bilməyəcəm. O istedadın sahibi deyiləm. Bircə onu deyə bilərəm ki, tale məni vaxtından əvvəl cəhənnəmə atmışdı. Ülvi duyğularla yaşayan, xəyalpərəst, az-çox bəşəri dəyərlərdən artıq xəbər tutmuş bir gənc olaraq orada cəhən-nəm əzabı çəkirdim. Maddi və ruhi vəziyyətim bərbad gündə idi. Müharibə nəticəsində hər şeyimizi itirmişdik və mənim kimi utancaq, çəkingən bir gənc yeraltı keçiddə tamam yad adamların arasında ayaqqabı satmağa məcbur olmuşdu.
Ruhi vəziyyət maddi vəziyyətdən də ağır idi. Rəğbət bəslədiyim siyasi lider siyasət meydanından biabırcasına birbaşa öz kəndinə qaçmışdı. Mənsub ol-duğum siyasi düşərgə davamlı olaraq məğbuliyyətə uğrayır və biz gülüş ob-yektinə çevrilirdik.
Yeraltı keçiddə çox az adamla ünsiyyətdə olurdum. Orda bir tikə çörək uğrunda dəhşətli mübarizə gedirdi. Adamlar bir tikə çörək üçün bütün bəşəri dəyərləri, insanlığı ayaqlar altına atırdılar. Mənim üçün tamam yad olan mühitdə, artıq ədəbiyyatla yetərincə zəhərlənmiş bir gənc olaraq kiminləsə ünsiyyətdə olmaq, dərdləşmək, kiməsə inanmaq çətin idi. Ünsiyyətəheç cür alınmırdı. Gözümün qarşısında iki-üç manat əldə etməkdən ötrü insanlar imam, peyğəmbər, ana, quran, çörək, balalarımın canı deyib, hər şeyə ya-landan and içirdilər.
Cibgirlər gözümün qarşısında qoca qadınların, yaxud övladına məktəb bazarlığı etməyə gəlmiş kasıb adamların pulunu oğurlayırdılar. Axşam isə həmin pulla vağzal yaxınlığındakı kafelərdə yeyib-içirdilər. Bütün bu mənzərələri görəndə dəhşətə gəlirdim, heç cür bu mənzərələri həzm edə bilmirdim. Özümü aciz hiss edirdim. Bir sualdan çox qorxurdum - görəsən, mən də nə vaxtsa onlar kimi olacam?
Burda heç kimi xilas etmək mümkün deyildi. Sən görürsən ki, bir qadının çantasından pul çıxarıldı. Bir azdan o qadın ağlaya-ağlaya əbəs yerə pulu-nu axtarır. Üstəlik, bütün bu iyrəncliyə "bacarana can qurban" adı qoyul-muşdu.
İki-üç adamla salam-əleyküm səviyyəsində münasibətim vardı. Həmin adamlardan biri ilə günortalar bir yerdə nahar edirdik. Çünki lap əzəldən bir axmaq xasiyyətim var. Acından ölürəm, amma tək çörək yeyə bilmirəm.
Həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşayırdı. Bunu ona tez-tez deyirdi-lər. İnsafən, o, başqalarından bir az seçilirdi. Onu başqalarından bir azə-fərqləndirən isə onun başqalarından bir azəvicdanlı olması idi. Deyildiyi kimi, günahın böyüklüyü vicdanın həssaslığı ilə münasibdir. Vicdan nə qədər həssasdırsa, günah hissi bir o qədər böyük olacaq. Vicdanı olmayan adam heç bir əməli özünə günah hesab etməyəcək.
Bəli, sifətdən İbrahim Tatlısəsə oxşayan həmsüfrəm bir az o birilərdən vic-danlı idi. Aldadırdı, amma kimi aldatmaq məsələsində bir az seçim edirdi. Günlər keçdikcə o, İbrahim Tatlısəsə oxşamağına inanmağa başladı. Çünki İbrahim Tatlısəsə oxşadığını ona tez-tez deyirdilər. Belə olduğu halda həm-süfrəm özünü bir az da məşhur müğənniyə oxşatdı və nəticədə həyatında dəyişiklik baş verdi.
O, asanlıqla qadınlarla tanış olurdu. Qadınlar onu görəndə açıq-aşkar de-yirdilər: "Ona bax, necə İbrahim Tatlısəsə oxşayır".
Bu sözü deyənlərin arasında hər cür qadın vardı. İbrahim Tatlısəsin şöhrəti artdıqca həmsüfrəmin həyatındakı dəyişikliklər də asanlaşırdı. O, işə gec gə-lib işdən tez gedirdi. Geyimi dəyişmişdi. Kökəlmişdi. Cavanlaşmışdı. Hər şey ona mümkün və asan görünürdü. Başına gələnləri mənə danışırdı. İbrahim Tatlısəsə oxşadığına görə onu evlərə qonaq çağırırdılar. O, müftə yeyib-içir və asanca pul qazanırdı. Qadınlar tez-tez onu sevindirirdilər. Bütün bunlar çox asanlıqla baş verirdi və bütün bunların asanlıqla baş verməsinin bir sə-bəbi vardı - o sifətdən İbrahim Tatlısəsə oxşayırdı. Bir müddətdən sonra həmsüfrəm yeraltı keçidi tərk etdi. Zatən belə də olmalı idi. Proseslər buna doğru gedirdi.
Mən onu çox sonralar gördüm. Kitab mağazasından çıxırdım. Çox az kitab satılmışdı, üstəlik, satılan kitabların pulunu da ala bilməmişdim. Xalqı, tale-yimi, ümumiyyətlə bütün planeti lənətləyə-lənətləyə, söyə-söyə fikirli, qəzəbli bir halda yolu keçərkən bir qara maşın qarşımda dayandı. Siqnal verdi. Sürücü başını çıxarıb məni söydü. Bu, həmin adam idi. Sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəm. Yolun kənarında dayanan bir neçə adam necə ağır söyüş qazandığımı gördü.
Ќövbə mənim idi. Qeyrətimi göstərməli idim. Lakin zorakılıq anlayışından uzaq olduğum üçün söyüşə söyüşlə cavab vermədim. Tez-tələsik kim oldu-ğumu dedim, bir nəfəsə keçmiş günləri adama xatırlatdım. Bir olan Allaha şükürlər olsun ki o, məni tanıdı. Maşını qarşıda saxladı. Maşından düşdü. Hal-əhval tutdu. Söyüşə görə üzr istədi.
Soruşdu nə işlə məşğulsan? Dedim, nə bilim, jurnalist işləyirəm, işim yaz-maqdı. Əlbəttə, bütün bunlar ona çox gülməli göründü.
Məlum oldu ki, həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşamağını daha da qiymətləndirib və fəaliyyətini daha da genişləndirib. Allahın ona bəxş etdiyi lütfü bir şans kimi deyərləndirməyi bacarıb. Onu toylara aparırlar. Toylar-da o fonoqramla İbrahim Tatlısəsin bir-iki mahnsın ifa edir. İbrahim Tatlısəs kimi əl-qol atır. İbrahim Tatlısəs kimi danışır. Adamlar onunla şəkillər çəkdirirlər. Cibinə pul basırlar. Rusiyada yaşayan azərbaycanlılar onu öz övladlarının toyuna, ad gününə çağırırlar. O danışdıqca mən öz özümə düşünürdüm: "İlahi, gör mən hansı insanların arasında yaşayıram. Bu, nə iyrənc bayağılıqdı? Hansı günahın yiyəsiyəm ki, bu adamların arasında yaşamağa məhkumam? Bu dərəcədə səviyyəsizlik olmaz. Ürəyim bulanırdı. Bir-təhər adamla sağollaşıb aralandım.
Bu görüşün üstündən təxminən bir il keçmiş olardı. Evdə çörək yeyirdim. Anaməbaşda olmaqla iki-üç arvad toy kasetinə baxırdı. Ekranda görünən hər kadra münasibət bildirib boş-boş danışırdılar. Filankəsin gəlini arıqlayıb, filankəsə yubka yaraşmır, bu filankəsin nişanlısıdı, bu gömrükdə işlə-yir, bunu türmədən təzə buraxıblar, bunun nişanın qaytarıblar, yeməklər yaxşı deyildi, aşı gec gətirdilər, oğlan tərəfi özün vəhşi kimi aparırdı, qız tərəfin adamları varlı idilər, müğənni həvəssiz oxuyurdu...
Qərəz, bildiyiniz söhbətlər. İş yox, güc yox. Birdən mən ekranda keçmiş həmsüfrəmi gördüm. Onu toya çağırmışdılar. Doğurdan da tamada onuə-böyük təmtəraqla arenaya dəvət etdi. O, türk dilində toya gələnləri salamladı, bəylə gəlinə xoşbəxtlik arzuladi. Zalda alqışlar qopdu. Mən bu səhnələrə baxdıqca vəziyyətin ağırlığın dərk edirdim. Sifətdən İbrahim Tatlısəsə oxşa-yan keçmiş həmsüfrəm fonoqramla iki mahnı oxudu. Bütün bunlardan xəbardar idim, keçmiş həmsüfrəm özü bunları danışmışdı, amma hardasa bunun belə olmadığına inamım vardı. Daha doğrusu, vəziyyətin bu dərəcədə ağır olmasına inanmaq istəmirdim. Dəhşətli kadrlar idi. Ќecə oldusa, bu adamı tanıdığımı dedim. Dedim ki, o vaxt onunla bir yerdə "28 May" met-rosunda, "podzemka"da ayaqqabı satmışam. Sözün açığı, deyəsən, özüm də həyatda heç bir zibilə yaramadığımı, yanımda oturub toy kassetinə ba-xanlar üçün heç bir əhəmiyyət kəsb etmədiyimi artıq tamam dərk etmişdim. Ona görə bir balaca hörmət qazanmaq üçün sifətdən İbrahim Tatlısəsə oxşayan adamı tanıdığımı, həyatda görüşdüyümüzü, hətta bir neçə dəfə çörək yediyimizi ətraflı nəql etdim. Anam və xalam belə bir mübarək adamı hə-yatda şəxsən tanıdığıma görə xeyli sevindilər. Sonra anam ayağa qalxdı. Toyda çəkdirdiyi fotonu mənə verdi. Fotoda bir topa adam sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəmin başına yığışmışdılar. Anam da onların arasında idi və çox xoşbəxt görünürdü. Mən fotoya baxdım, baxdım, baxdım... Sonra başımı masanın üstünə qoyub, gözlərimi yumaraq öldüm...
30 il əvvəl törədilmiş qətl - Baş Prokurorluq əhaliyə müraciət edib
"Real Betis" Andre Onananı heyətinə qatmaq istəyir
Əliyev İran prezidenti haqqında: "Bəli, o, azərbaycanlıdır, o, mənim kimi eyni qanı daşıyır"
PREZİDENT YENİ MESAJLAR VERDİ - İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər
Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarətinə 3.8 milyon manat xərcləyəcək
"Antalyaspor" yeni transferiylə bağlı məlumat yayıb
"Ölkədə dağıdıcı zəlzələ ehtimalı yoxdur" - Qurban Yetirmişli
"Borussiya Dortmund" Niko Kovaçın müqaviləsini uzadıb
Azərbaycan nefti ucuzlaşdı
"Borussiya Dortmund" Çukvuemeka ilə anlaşdı
DTX-də daha bir əməliyyat: bir nəfər həbs edilib, kriptovalyuta üzərinə həbs qoyulub
Suitiyə görə çimərlik qapadılıb - Türkiyədə + FOTO
Ağdamın Xıdırlı daha 370 nəfər köçürülüb
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır