Parlament sədri müxalifətə müraciət edib - Gürcüstanda

img

26-11-2019 [12:29]


Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda təmsil olunan müxalifəti normal siyasi prosesə qayıtmağa çağırıb.

"Report”un yerli bürosu xəbər verir ki, spiker bu müraciətlə büro iclasında çıxış edib.

A.Talakvadze bildirib ki, parlament müxalifəti arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər.

Hazırda parlamentin plenar iclası keçirilir. Müxalifət və tərəfdarları qanunverici orqanın ətrafında etiraz aksiyası keçirir.

Qeyd edək ki, ötən gün parlamentdə təmsil olunan müxalif və bitərəf deputatlar qanunverici orqanın plenar iclaslarını boykot ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA