Azərbaycanın ərazisindən 45 faiz çox torpaq sahəsinə sahib olan amerikalı maqnatlar - Onlar kimdir?

img

26-11-2019 [11:55]


Amerika Birləşmiş Ştatlarında şəxsi torpaq sahibi olan 50 nəfərin ərazilərinin ümumi səth sahəsi 125 545 kv.km-ə çatıb.

Məlumata görə, onların sahib olduqları torpaq sahəsi ABŞ ərazisinin 1,4%-ni təşkil edir.

Qeyd edək ki, ABŞ-ın kabel televiziyası təminatçısı "Tele-Communications Inc."in (TCI) sahibi John Malone siyahıda 8 903 kv.km ərazi ilə birinci, "CNN" qurucusu Ted Turner isə 8 094 kv.km-lə ikinci yerdə, Emmerson ailəsi isə 7 916 kv.km-lə üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən böyük onlayn alış-veriş şirkəti olan "Amazon"un qurucusu Jeff Bezos 1 700 kv.km-lə 28-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, ABŞ-ın torpaq maqnatlarının sahib olduqları umumi torpaq sahəsi Azərbaycanın ərazisindən təxminən 45% çoxdur/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA