Sabiq Baş prokurorun villası satışa çıxarıldı - 1 milyon dollara

img

19-11-2019 [16:08]


Özbəkistanın sabiq Baş prokuroru Rəşid Kadırovun paytaxtın Mirzə-Uluqbəy rayonundakı dəbdəbəli evi hərrac yolu ilə satışa çıxarılıb.

Mia.az xəbər verir ki, mülkün ilkin dəyəri 1 milyon dollar məbləğində qiymətləndirilib.

Xatırladaq ki, sabiq Baş prokuror bu ilin yayında rüşvət alma, korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Rəşid Kadırov 15 il Özbəkistanın Baş prokuroru olub, 2018-ci ilin fevralında həbs edilib. İstintaq müəyyən edib ki, Rəşid Kadırov ölkə iqtisadiyyatına 500 milyon dollar həcmində ziyan vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA