İrandakı aksiyalarda 1000 nəfərdən çox tutulan var - Ruhani qiymət artımın yoxsul ailələrlə əlaqələndirib

img

18-11-2019 [20:52]


İranda benzinin qiymətinə qarşı keçirilən aksiyalarda 1000 nəfərdən çox tutulan var.

Mia.az xarici mətbuata istinadla bildirir ki, hazırda aksiya ilə bağlı tədbirlər davam etdirilir.

Bu arada İran prezidenti Ruhani benzinin qiymətinin qalxmasını ölkədəki təlabat və qaçaqmalçılarla əlaqələndirib.

O deyib ki, qiymət artımından əldə edilən gəlir yoxsul ailələrə xərclənəcək.

Onu da qeyd edək ki, İrandakı aksiyalarda 30-a yaxın insanın öldüyü də bildirilir. Lakin hələ də rəsmi Tehran ölüm faktlarını "bir neçə nəfər ölüb" açıqlaması ilə "başdan" edir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA