Bakıda avtobus qəza törətdi, çoxsaylı yaralı var

img

05-09-2013 [10:36]


Bakıda Koroğlu metrostansiyasından Dərnəgülə gedən yolda sərnişin avtobusu divara çırpılıb. Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, qəza zamanı avtobusda çoxlu sayda sərnişin olub. Hazırda təcili tibbi yardım briqadaları hadisə yerində işləyir. İlkin məlumata görə, xəsarət alanlar var.


***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanlara isə yerindəcə tibbi yardım edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA