Ərdoğanın "Aksiyalar İrana keçə bilər" xəbərdarlığına rəsmi Tehrandan reaksiya: "O, "gizli əlləri" görür"

img

10-11-2019 [21:38]


Türkiyə Prezidenti Ərdoğanın "İraqdakı aksiyaların arxasında kimlərin durmasını təxmin edirik. Təbii ki, bunun İrana sirayət etmə nöqtəsindəki vəziyyəti də təxmin edirik. Məqsəd İslam  dünyasını bölmək, parçalamaq, bir-birinə düşürməkdir", - ötən gün dediyi bu sözlərə rəsmi Tehrandan cavab gəlib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, İran XİN sözçüsü Seyid Abbas Musəvi Ərdoğanın sözlərini təsdiq etməklə yetinməyib, həm də ona təşəkkür edib: "Cənab Ərdoğanın bu sözləri  yerində və vacib bir xəbərdarlıqdır. Çünki bəzi gizli əllər həqiqətən İslam ölkələrində ixtilaf, qarışıqlıq salmaq istəyirlər. Ərdoğan da bu "gizli əlləri" doğru görüb. Bu, bir xəbərdarlıqdır, bu səbəbdən onu təqdir edirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA