Bakıdan qız qaçıran 4 nəfərlik dəstə Kürdəmirdə yaxalandı

img

04-09-2013 [15:02]


Daxili İşlər Nazirliyi Bakıda qız qaçırmada suçlanan 4 nəfərin saxlandığını bəyan edib. Rəsmi məlumata görə, sentyabrın 3-də Qaradağ rayonu Səngəçal qəsəbə sakini Gülbəniz Quliyeva 11-ci PB-yə ərizə ilə müraciət edərək həmin gün qızı Cəmalənin qəsəbə ərazisindən "Opel” markalı avtomaşında olan 4 naməlum şəxs tərəfindən zorla aparıldığını bildirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən "Opel” markalı avtomaşın BDYPİ-nin əməkdaşları tərəfindən Kürdəmir rayonunun ərazisində saxlanılıb, sürücü, Bakı şəhər sakini Nurlan Həsənov və sərnişinləri, Səngəçal qəsəbə sakinləri Vəliyyət Lələyev, Bərdə rayon sakinləri Nicat Kərimov və Fərid Kərimov Qradağ RPİ 11-ci PB-yə, Cəmalə isə valideynlərinə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA