SƏLİS” – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi oldu

img

30-10-2019 [13:36]


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi "SƏLİS” – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib.

Mia.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və ictimaiyyət nümayəndələri iştirak edib.

A.Quliyev deyib ki, Şuranın elan etdiyi müsabiqə qaydalarında dəyişiklik edilməsi nəzərdə tutulur: "Dövlət qurumlarını ixtisaslaşmış sahələr üzrə qrant müsabiqələrində qalibləri birgə müəyyən etməyə dəvət edirik. Hesab edirəm ki, bu bir sıra problemlərin həllinə töhfə verəcək. Təklif edirik ki, yaxın dövrdə internet bankçılıq sistemi yaradılsın. Artıq banklarla danışmışıq, QHT layihələri üzrə bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Qrant müqavilələri və bildirişlərdən tutmuş sənədlərlə bağlı əməliyyatlar vahid idarəetmə ilə ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcək”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq: "Azərbaycan dövləti 27 ildir ki, müstəqildir, 1993-cü ildən başlayaraq Azərbaycanda Ümummilli Lider başda olmaqla, müstəqil Azərbaycan dövlət quruculuğu prosesinin iştirakçılarıyıq. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin ciddi dəstəyi ilə Konstitusiya qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycan dövlətinin gələcək inkişafının təməl prinsipləri müəyyən olundu. Bu təməl prinsiplərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, plüralist cəmiyyət quruculuğu, hakimimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi. Nəhayət, Azərbaycan vətəndaşlarının ideya və təşəbbüslərinin dəstəklənməsi, yəni vətəndaş cəmiyyəinin formalaşması normalarını seçdi və bərqərar etdi”.

Ə.Həsənov bildirib ki, birinci onillik, 1993-2003-cü illər müstəqil Azərbaycan dövləti quruculuğu prosesi idi: "Dövlətin qarşısında duran çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğunun həyata keçirilməsi, Əsrin Müqaviləsinin imzalanması və həyata keçiriliməsi, xarici tərəfdaş dövlətlərin tapılması və onlarla Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycan beynəlxalq aləmlə münasibətlərinin, strategiyasının təmin olunması, Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artırılması, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarının ən vacib problemlərinin həll olunması, məskunlaşdırılması bura daxildir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və müasir, qlobal dünyanın çağırışlarına uyğun olaraq onun inkişafının yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Zaman var idi ki, xaricdə belə konfrans zallarını görəndə, bu tip elektron xidmətləri görəndə az qalırdıq ki, heyrətdən boğulaq. İndi bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.

Prezidentin köməkçisi qeyd edib ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firəvan həyatının təmin olunması, təhlüekəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır: "Bu mərhələdə yaranan xidmətlərdən, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu prosesi siyasəti dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbümslərinə dəstək konsepsiyası idi. Bu konsepsiyanı reallaşdırmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Qura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir. Vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Fondun yaradılmasıdır. Fondun Müşahthə Şurası da KİV-lərin təqdim etdiyi siyüahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətə KİVDF-dən qabaq keçdi. Bu, yaxşı bir nümunədir. Düşünürəm ki, KİVDF də bundan sonra KİV-ə göstərilən dəstəyi təmas olmadan, məsafədən elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesin elektronlaşdırmağın vaxtıdır”.

Ə.Həsənov vurğulayıb ki, ölkədə iqtisadi, siyasi, sosial həyatımızın bütün sahələri yenilənib: "Nəqliyyat infrpastrukturundan tutmuş mədəniyyət, mənəviyyat ocaqlarımıza, instiutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər tutmuş hər şey yenilənib, təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerdə dayanır. Azərbaycan bütün reytinq sorğularında öncül mövqeləri tutur. Bu da Prezident İlham Əliyevin 16 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərdir və bunun bunun nəticələrini görürük. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs elan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük. İlk növbədə bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamdarı dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqsçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqtisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu Azərbaycan cəmiyytəinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalanqdırılacaq. Şəffaflaşqdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Ayrı-ayrı zamanlarda yaranmış və bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirildi. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bu gün bu şəffaflaşdırma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş orada iştirak edir. O cümlədən QHT-lər, KİV, millət vəkilləri vasitəsi ilə onların seçiciləri bu prosesdə iştirak edirlər”.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək qeyd edib ki, insan cəmiyyəti hər zaman inkişafa meyllidir.

O bildirib ki, bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir: "SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apellyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir. Vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentinin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir. Hesab edirəm ki bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməldir. Layihənin xüsusilə də ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında deyib ki, SƏLİS əlçatanlılığı təmin edir: "Sistem müasir idarəetməyə tam uyğundur. SƏLİS həm də şəffaflığı təmir edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər uğurla icra olunur”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımları BMT alqışlayır: "SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS qarşıdakı 1 il müddətində özünü doğruldacaq”.

Çıxışlarda bildirilib ki, SƏLİS-in vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir.

Qeyd olunub ki, SƏLİS-i yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR