Bakıda qadını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

img

24-10-2019 [15:04]


Bakıda qadını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini G.Kazımova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR