Şamaxıda jurnalistlərin maşını 50 metrlik uçruma düşdü: 1-i öldü, 3-ü yaralandı

img

02-09-2013 [13:31]



Şamaxı rayonunun Təzəgünəşli kəndi ərazisində "Mitsubishi” markalı avtomobil uçuruma düşüb. Şamaxı rayon polis şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Zərərçəkənlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlərin vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Az sonra bəlli olub ki, qəzaya uğrayanlar jurnalistlər olub. Məlumata görə, onlar 54 yaşlı Əzizov Fikrət Nazim oğlu "Kommunist” qəzetinin redaktoru, 51 yaşlı Vəliyeva Cahan "Açıq Səma” qəzetinin redaktoru, 51 yaşlı Salahova Tehran Nazim qızı "Xalq Mədəniyyəti” jurnalının redaktoru olub. Daha bir yaralı isə 54 yaşlı Atakişiyeva İlhamə Xankişi qızıdır.  

Avtomobilin yoldan çıxaraq 50 metrlik uçuruma düşməsi ilə nəticələnən qəzada 54 yaşlı Əzizov Fikrət Nazim oğlu dünyasını dəyişib. Faktla əlaqədar Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA