Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb

img

21-10-2019 [12:20]


Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a məlumata görə, Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə "VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin oktabrın 20-də saat 08.30-da Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Abşeron RPİ və Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA