“Azəristilik” QSC-dən oğurluq edən 5 nəfər tutuldu

img

14-10-2019 [18:12]


"Azəristilik” QSC-yə məxsus binadan oğurluq olub.

"Report”un xəbərinə görə, hadisə Suraxanı rayon, Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbədə yerləşən QSC-yə məxsus binadan dəmir borular kəsilərək oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlinin bir qrup şəxs tərəfindən törədildiyi məlum olub. Məlumata görə, 1973-cü il təvəllüdlü Emin Ramazanov, 1975-ci il təvəllüdlü Vüqar Cənnətov, 1971-ci il təvəllüdlü Mahir İsmayılov, 1979-cu il təvəllüdlü Aydın Yəhyayev, 1965-ci il təvəllüdlü Zabil Baxşəliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA