Konqo prezidentinin təyyarəsi radardan itib

img

11-10-2019 [12:04]


Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan "An-72” hərbi təyyarəsi radarlardan itib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.

Məlumata görə, radarlardan itən hava gəmisi ölkə prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb. 

O, "Twitter” hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA