Almaniyada maraqlı aksiya: etirazçılar özlərini zəncirlədi, polis isə...

img

08-10-2019 [22:57]


Bu dəqiqələrdə Berlin polisi icazəsiz mitinqin iştirakçılarının Potsdam meydanından sıxışdırılıb çıxarılması əməliyyatını həyata keçirir. 

AZƏRTAC hadisə yerindən xəbər verir ki, "Nəsli kəsilməyə qarşı üsyan” radikal hərəkatının bir neçə iştirakçısı özlərini zəncirlə hasarlara və bir-birinə bağlamaqla şou göstərmək qərarına gəlib. Asayiş keşikçiləri fövqəladə hallar xidmətlərini köməyə çağırmalı olublar.

 Fövqəladə halların əməkdaşları zəncirləri qırmaq üçün hadisə yerinə kəlbətinlə gəliblər. Hazırda bir qrup nümayişçi Tirqarten parkı rayonunda, Zəfər sütunlarının yanına toplaşaraq nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA