08-10-2019 [11:02]
Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.
DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkənin meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib:
"Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.
Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilən ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.
Saxlanılan şəxslər barəsində Baş İdarədə Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
Qeyd edək ki, Quba Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Ukraynada SOCAR-a məxsus "zapravka" İran PUA-sı ilə vurulub - ZELENSKİ QƏSDDƏN VURULDUĞUNU DEYİR (Yenilənib)
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək - MN açıqladı
Dövlət Su Ehtiyatları Agentliyi xlor alır - 1.5 milyon manatlıq
Qarabağda daha 1362,7 hektar ərazi minalardan təmizlənib
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib
Orkun Kökçü: "Şans yaratmaq üçün mübarizə apardıq"
Ole Qunnar Solskjaer: "Qələbəyə laiq idik"
Müğənni Dəniz Əsədovanın cəzası artırıldı - Məhkəmə qərar verdi
"Sanderland" Nordi Mukieleni heyətinə qatıb
"Qalatasaray" Vilfrid Sinqonu transfer etmək istəyir
"Beşiktaş" Taylan Bulut ilə bağlı xəbər yayıb
Kinqsli Koman "Əl Nasr" komandasına transfer olub
"Liverpul" gənc oyunçu ilə bağlı məlumat yayıb
İctimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiyaya cəhd... - Qadınlar həbs edildi (FOTO)
Həbsdən çıxan partiya sədri kimi prezident görmək istəyir? - "Bir il əvvəl Baxçalı ilə Öcalanın ittifaq quracaqlarını desəydiniz..."
Sabah hava necə olacaq? - Proqnoz
Ərdoğan "NEXT Social"a qoşuldu, ilk mesajını verdi: "Hazırsınızmı?"
Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb
Şəhidlər xiyabanında əxlaqsızlıq edən əcnəbilər saxlanıldı - AÇIQLAMA + VİDEO (YENİLƏNİB)
SURİYA DAHA BİR MÜHARİBƏ ASTANASINDA: ərəb əşirətlər hökumətin tərəfində - 60 minlik ordu YPG qüvvələrini çəmbərə alıb
"Bu olanlar qarşısında kişi susmaz!" - Rəqsanəni əri Rusiya səfirinə minnətçi düşdü
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 41 nəfər saxlanılıb
MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: Çində "Alman istehsalı", Dubay variantı və... - KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...
881 Çağrı Mərkəzi istifadəyə verildi - FOTO
“Sumqayıt” FK mövsümdə yaxşı siftə elədi - Premyer Liqanın yeni komandalarının debüt həftəsi olub
Astarada 21 yaşlı şəxs 66 yaşlı kişini öldürüb
Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR
Aktyorun üzərinə ağac aşdı, ölümcül xəsarət aldı - Hadisənin VİDEOsu
İordan çayının qərb sahilinə basqın: həbslər var
Peşəkar Futbol Liqası "boz bina"dan uzaqlaşdı
Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatıb
Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov... - Onlar milyarderin övladının toyuna hazırlaşır
Qəzzada ölənlərin sayı artıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Məni izləyin" - Tramp belə bir anons verdi
Əməkdar müəllimə ağır itki üz verib (Xəbər yenilənib)
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
Rəqsanə İsmayılovanın vəkili danışdı: "Bu, istintaq sirridir..."
Avropa liderləri Vaşinqtona səfər edəcək
Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR