İraqda etiraz aksiyası: 44 nəfər ölüb, xeyli yaralı və həbs olunanlar var - VİDEOLAR

img

04-10-2019 [14:46]


İraqda dörd gündür davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

"Haberler” xəbər verir ki, aksiya nəticəsində 1188 etirazçı yaralanıb.

Bildirilib ki, dörd gündür ölkədə rüşvətxorluğa və işsizliyə qarşı etiraz aksiyası keçirilir.

Aksiyaçılar mövcud hökumətin istefasını da tələb edirlər. Etiraz tədbirləri İraqın Bağdad, Zikar (Nasiriyye), Meysan (Amara), Babil (Hile) şəhərlərində keçirilir. Oktyabrın 3-dən bu şəhərlərdə komendant saatı elan edilib/Report. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA