“Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmasa da..." - Gürcüstan XİN

img

03-10-2019 [20:50]


"Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmasa da, tərəflər Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Serbiya və Kosovo arasında da danışıqlar gedir. Niyə də olmasın? Bu cür danışıqlar çətin vəziyyəti nəzərə alaraq unikal imkandır”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkalianirusiyalı həmkarı Sergey Lavrovla bu yaxınlarda keçirdiyi görüş barədə jurnalistlərə danışarkən bildirib.

Onun sözlərinə görə, BMT çərçivəsində bütün ölkələr, hətta diplomatik münasibətləri olmayan ölkələrin nümayəndələri belə bir-biri ilə danışır.

XİN başçısı rusiyalı həmkarı ilə görüş ətrafında bəzi spekulyasiyalara yol verildiyini deyib. O qeyd edib ki, baş tutan görüşdə Gürcüstan və Rusiya arasında danışıqlar formatının dəyişdirilməsi məsələsi müzakirə olunmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA