Rusiya Federasiya Şurası "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı ratifikasiya edib

img

25-09-2019 [18:12]


Rusiya Federasiya Şurası 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində imzalanan "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı ratifikasiya edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Sənəd özündə həm də gəmiçilik, ətraf mühitin mühafizəsi və ətraf mühitin rasional idarə edilməsi, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarından, onun dibi və təkinin mineral resurslarından istifadə sahəsində beynəlxalq hüququn müasir prinsip və normalarını ehtiva edir.

Qeyd edək ki, Rusiya Dövlət Duması sentyabrın 19-da "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı" təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA