Bakıda 13 yaşlı qıza təcavüz etdilər, döyərək ağzını cırdılar

img

27-08-2013 [11:40]


Ötən gün saat 18:45 radələrində Bakının Xətai rayonunda Cavanşir küçəsində küçənin ortasında 13 yaşlı qız təcavüzə uğrayıb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, 2000-ci il təvəllüdlü B.N. təcavüzə uğrayıb.

Belə ki, qızın anası polisə şikayət edərək qızının təcavüzə uğradığını və döyüldüyünü bildirib. Qız küçənin ortasında hücuma məruz qalıb. Onu döyüblər. Azyaşlı qızın ağzı cırılıb, bədəninə müxtəlif zədələr dəyib. Deyilənlərə görə, azyaşlı qıza seksual xarakterli hərəkətlər də edilib. Lakin polis bu məlumatın dəqiqliyini araşdırmayıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA