Bakıda bağ evində dəhşət: ölən və yaralananlar var

img

21-08-2013 [11:07]


Bu gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Şüvəlan qəsəbəsindəki bağ massivində Əliyev Rasim Məcnun oğluna məxsus fərdi yaşayış evinin tikintisi zamanı iri dəmir qəliblər ustaların üstünə aşıb.

Nəticədə orada işləyən Sabirabad rayon sakini Hüseynov Emin Əlimran oğlu hadisə yerindəcə keçinib. Türkiyə Respublikasının vətəndaşları MustafaTaşkıran və Talkan Çelik isə ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Faktla əlaqədar Xəzər rayonunun hüquq-mühafizə orqanları araşdırmalar aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA