19-08-2013 [11:56]
Vladimir Putin yenidən Rusiya prezidenti postuna əyləşdikdən sonra Moskva-Vaşinqton münasi-bətləri "soyuq müharibə" dövrünə qədəm qoyur. ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin sabiq əməkda-şı Edvard Snoudenə Moskvanın siyasi sığınacaq verməsi isə Vaşinqtonun siyasi dairələrində isterikaya səbəb olub.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də Moskva Vaşinqtonun əsəbləri ilə oynayırdı. Qərbin Su-riya ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi sərt sanksiya layihələrinin qarşısını Rusi-yanın kəsməsi, Moskvanın Bəşər Əsəd rejimini silahlandırması və xüsusilə Kremlin İranı açıq şəkildə himayə etməsi ABŞ-ın siyasi dairələrində narazılığı artırırdı. Moskvanın E.Snoudenə sığına-caq verməsi isə Vaşinqtonun səbr kəsasını daşıran son damla oldu.
Moskva ilə yaxşı münasibətlərin tərəfdarı olan prezident Barak Obama təzyiqlərə davam gətirmə-yərək, Rusiyaya münasibətdəki siyasi kursundan ilk dəfə olaraq geri çəkildi. ABŞ prezidenti Barak Obamanın "Böyük İyirmilər"in Sankt-Peterburq sammitindən sonra Rusiya prezidenti ilə gö-rüşmək üçün Moskvaya planlaşdırılan səfərini təxirə salması isə Vaşinqtonun son 30 ildə atdığı sərt addımlardan biridir. Bundan başqa, rusiyalı məmurların ABŞ-a girişini məhdudlaşdıran Maq-nitski Aktına adı düşən şəxslərin sırasına yeni isimlərin əlavə olunacağı və başqa sanksiyaların da gündəmə gələcəyi gözlənilir. Moskvanın da cavabsız qalmayacağını nəzərə aldıqda, qarşıdakı aylarda Rusiya-ABŞ münasibətərinin daha da soyuyacağını proqnozlaşdırmaq mümkündür. Dünya-nın iki böyük dövləti arasında münasibətlərin soyuması isə bütövlükdə dünyadakı proseslərə mənfi təsir göstərəcək. Bu proses Azərbaycana da təsirsiz ötüşməyəcək. Ən azından Qarabağ münaqi-şəsinin həlli hazırkı situasiyada mümkün görünmür.
Məlumdur ki, məhz böyük dövlətlər arasındakı fikir ayrılığı səbəbindən bu münaqişənin həlli müş-kil məsələyə çevrilib. Vaşinqtonla Moskva arasındakı münasibətlərin soyuması isə bu problemin həllini daha da çətinləşdirə bilər. Hətta iki böyük dövlət arasında münasibətlərin gərginləşməsinin nəticəsi olaraq Qarabağda münaqişənin qızışması da istisna edilmir.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səkkiz saatlıq səfərinin Moskva ilə Bakı arasın-dakı narazılıqları aradan qaldırdığını düşünmək yanlış olardı. Əksinə, bu səfər son zamanlar poli-toqları narahat edən suallara aydınlıq gətirmək əvəzinə, yeni suallar doğurdu. Bəzi politoloqların fikrincə, Putinin bu səfəri Sovet Rusiyasının Azərbaycan Demokratik Respublikasının müstəqilli-yini etinasız şəkildə tanıması ilə müqayisə edilə bilər.
Tarixdən də məlum olduğu kimi, gənc Azərbaycan dövlətinin diplomatları bolşeviklərin ciddi mü-zakirə aparmadan, soyuqqanlı şəkildə yeni dövlətin müstəqilliyini tanıyan sənədə imza atmasın-dan narahat olmuşdular. Tarix onların nə qədər haqlı olduğunu göstərdi. 1920-ci ilin aprel ayında məlum oldu ki, bolşeviklər həmin sənədi formallıq kimi qəbul edirlər. Həmin dövrdən 100 ilə ya-xın vaxt keçsə də, Moskvanın siyasətində ciddi dəyişiklilər baş verməyib. Buna görə də, Putinin müəmmalı səkkiz saatlıq səfəri hələ bütün suallara cavab tapılması demək deyil. Əksinə, bu səfər bir çox suallar doğurur və bizi ciddi düşünməyə vadar edir.
Əksəriyyət Putinin bu səfərini prezident İlham Əliyevə dəstək kimi qiymətləndirir. Əlbəttə, bu da istisna deyil. Amma unutmaq olmaz ki, Moskvanın siyasətinin iki üzü var. Həm də bu siyasətin üzdə görünən, açıq tərəfi faktiki olaraq Kremlin əsl siyasətini pərdələməyə yönəlib. Necə ki, bol-şeviklər Azərbaycanı işğal edəcək qoşunu hazırladıqları bir vaxtda ADR-in müstəqilliyini tanımış-dılar, indi də, Putinin bu səfərinin Rusiyanın əsl məqsədini gizlətmək olduğunu birmənalı istisna etmək olmaz.
Putin bu səfəri ilə belə bir təəssürat yaratdı ki, Moskva Azərbaycanda kəskin dəyişikliklər arzulamır. Eyni zamanda, Putinin Azərbaycandan ala biləcəklərini alması haqqında fikirləri də bölüşmək mümkün deyil. Əgər Putin istəməsəydi, Bakı buxtasında lövbər salmış "Dağıstan" raket gəmisi sa-dəcə olaraq, buranı tərk etməzdi. Belə olacağı təqdirdə onu buxtanı tərk etməyə kimsə məcbur edə bilməzdi.
Bu gəmi ilə bağlı maraqlı məqamlardan biri də onun kapitanının azərbaycanlı olması idi. Bu isə 1920-ci ilin aprel ayında Azərbaycanı işğal etməyə gələn Qızıl Ordunun başında türk zabitinin da-yanmasını xatırladır. Moskvanın bu məqama işarə edib-etmədiyini söyləmək çətin olsa da, amma müəyyən oxşarlıqlar var.
"Dağıstan" raket gəmisinə azərbaycanlı zabitin məhz bu gəminin Bakıya səfərindən iki gün əvvəl kapitan təyin edilməsi də təsadüfi deyil. Moskva bununla Azərbaycana çox aydın mesaj verdi. Ümumi götürdükdə isə, bu addımlar başdan ayağa şifrələnmiş mesajlardır və Azərbaycandakı proseslərin hansı səmtdə inkişafı da bu mesaja Bakının verəcəyi reaksiyadan asılıdır. Azərbaycan-da isə belə görünür ki, bütün diqqətlər hakimiyyət uğrunda mübarizəyə yönəldiyindən, Putinin səfərini də tərəflərdən birinə dəstək kimi qiymətləndirməyə çalışırlar.
Məlum olduğu kimi, Moskva daima Vaşinqtonu başqa dövlətlərin daxili işərinə qarşımaqda, ayrı-ayrı ölkələrdə rəngli və yaxud da qanlı inqilablar hazıramaqda ittiham edir. Putinin gələcəkdə Moskvanın da oxşar ittihamlarla üzləşməməsi üçün Bakıya səfər etməsi də istisna deyil.
Məlum olduğu kimi, son dövrlər istər Azərbaycan mediasında, istərsə də dünyanın aparıcı media orqanlarında Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlaşması barədə məlumatlar və təhlillər yer alır. Bu zaman isə əsas arqument kimi rəsmi Bakı ilə Rusiya prezidenti Vladimir Putin arasındakı soyuq münasibət xüsusi qabardılırdı. İki ölkə liderinin son beş ildə görüşməməsi və Putinin 2007-ci ildən sonra Azərbaycana səfər etməməsi də sübut kimi qeyd edilirdi. İndi isə Putin Azərbaycana səfər etməklə bu arqumentləri zərərsizləşdirdi. Əgər prezident seçkiləri ərəfə-sində və ya ondan sonra Azərbaycanda hansısa bir ciddi hadisə baş versə, bunda Moskvanı itti-ham etmək də çətin olacaq.
Putinin səkkiz saatlıq səfəri ilə Azərbaycan hakmiyyətinə "ayı xidməti" göstərməsi də istisna edilə bilməz. Əgər Putinin səkkiz saatlıq Bakı səfərinə kimi Moskvanın Bakıda hakimiyyət dəyişikliyin-də maraqlı olduğu, Qərbin isə bunun qarşısını almağa çalışdığı vurğulanırdısa, indi situasiyanın dəyişməsi mümkündür. Putin Azərbaycan prezidenti İlham Əliyevlə anaşdığı haqqında görüntü yarada və rəsmi Bakının Qərb tərəfdaşlarını şübhəyə sala bilər. Bu məsələdə Azərbaycanın Rusiyadan silah almaqda davam edəcəyi və Rusyadan silah idxalını artıracağı haqqında məlumatın Putinin işinə tam yaraması mümkündür.
Məlum olduğu kimi, silah ticarəti həm də ciddi siyasi addımdır və silah alan dövlət özünün təhlü-kəsizliyini silah aldığı dövlətə etibar etmiş olur. Bu mənada, indi Azərbaycanın özünün təhlükə-sizliyini Rusiyaya həvalə etməsi qənaəti yarana bilər. Bu isə rəsmi Bakının Qərb tərəfdaşlarını na-razı salar.
Qərbin də Azərbaycanın daxili siyasətinə kifayət qədər təsir etmək gücü olduğunu nəzərə alsaq, Putinin səkkiz saatlıq səfərinin rəsmi Bakıya çox böyük dividentlər gətirməsi haqqındakı mülahi-zələri əsaslı hesab etmək olmaz.
Putinin Bakı səfərinin Azərbaycanla bağlı Moskva ilə Vaşinqtonun eyni mövqedən çıxış etməsi fikiri də yanlışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya üçün Cənubi Qafqaz qədər önəmli olma-yan Yaxın Şərqdə heç bir güzəştə getməyən Moskvanın daha önəmli saydığı regionda ABŞ-a güzəştə gedəcəyi inandırıcı deyil. Əksinə, Suriyada güzəştə getməyən Rusiyanın Cənubi Qafqazda tamamil güzəştsiz mövqe tutacağını gözlmək lazımdır. Rusiyanın bu güzəştsiz siyasətinin nədən ibarət olacağını isə yaxın aylarda görəcəyik.
Prezident seçkiləri ərəfəsində olan Azərbaycan, Putinin səkkiz saatlıq səfəri zamanı verilən açıq və gizli mesajları ciddi dəyərləndirmək məcburiyyətindədir. Xüsusilə də bu seçkilərin ötən illərdə-ki seçkilərdən fərqli ab-havada keçdiyini nəzərə almaq lazımdır.
Azərbaycan cəmiyyətinin önəmli bir hissəsi dəyişiklik tərəfdarıdır və hələlik bunun yuxarıdan baş verməsini istəyir. Ancaq bu seçkilər həmin ümidləri öldürən sonuncu hadisə ola bilər. Bundan sonra isə dəyişikliklərin aşağıdan başlaması mərhələsi gələcək. Heç şübhəsiz ki, həm Qərb, həm də Rusiya bunun fərqindədir. Rusiyanın son hərəkətlərini analiz etdikdə, həm də belə bir qənaət hasil olur ki, Moskva Azərbaycan cəmiyyətinin hakimiyyətin yuxarıdan dəyişikliklərə başlayacağı haq-qında kövrək ümidinin tam ölməsini gözləyir. Bu, heç şübhəsiz ki, Qərbin ciddi tənqidlərinə mə-ruz qalan rəsmi Bakının Vaşinqton və Brüsell tərəfindən dəstəyinin kəsilməsinə də səbəb ola bilər ki, bu da Moskva üçün göydəndüşmə olardı. Buna görə də, prezident seçkilərinin hansı şəraitdə keçirilcəyi və bu seçkinin nəticələrinə Azərbaycan cəmiyyətinin hansı münasibət göstərəcəyi Moskvanın əsl niyyətini üzə çıxaracaq. Buna görə də, rəsmi Bakı indi fərqli mövqe tutmaq məc-buriyyətindədir. Çünki indi təqvim 2013-cü ili göstərir və Moskva ilə Vaşinqton arasında "soyuq küləklər" əsir. Bu "küləklər" isə Suriya kimi istənilən ölkəni yandırmağa qadirdir.
CHP lideri həbs olunan 3 bələdiyyə sədrinə görə təhdid etdi: "Məni xalqı küçələrə çağırmağa məxbur etməyin"
Qəzzada daha 77 fələstinli həyatını itirib - "Onların arasında uşaq və qadınlar da var"
Ersin Tatar: "Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
Türkiyə ordusunun 5 hərbçisi şəhid olub - İraqda
Gürcüstanda məşhur iş adamı saxlanılıb
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Vəkilliyə qəbul imtahanı: onlar uğur qazandı - SİYAHI
Rəsmi Bakı ABŞ-a başsağlığı verdi
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir? - Kipr, Ermənistan və Yunanıstan ittifaqı isə dağılır (TƏHLİL)
II və III ixtisas qrupları üzrə imtahan keçirildi: 10 nəfər zaldan xaric olundu - Düzgün cavablar nə vaxt təqdim olunacaq?
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirib
Sabah hava necə olacaq? - Proqnoz
Aparıcı Ulvira Qarayeva departament rəhbəri təyin olunub
"HƏMKARLAR"A YIĞILAN MİLYONLAR: BU, HARA XƏRCLƏNİR? - "Məhkəməylə pulları geri istəmək lazımdır" (AÇIQLAMALAR)
"Ermənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb" - Elçin Əmirbəyov
"İstintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb" - “Qardaşım Bakir Səfərovun 62 yaşı var, o..."
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub