Bakıda ağır cinayət: gənc oğlan bıçağı Qarabağ əlilinin boğazına sancdı (YENİLƏNİB)

img

15-08-2013 [12:50]


Bakının Səbail rayonu ərazisində törədilən qətlin təfərrüatı məlum olub. Rayon Prokurorluğundan milli.az-a bildirildli ki, qətlə yetirilən Natiq Əşrəfov hadisədən əvvəl tanışı Babək Əsgərovla Badamdar qəsəbəsində yerləşən kafedə yeyib-içiblər. Sonra onlar arasında mübahisə düşüb. B.Əsgərov əsəbləşərək bıçağı Natiqin boğazına sancıb.

Lent.az-ın məlumatına görə, Badamdar qəsəbəsi ərazisində qətlə yetirilmiş 42 yaşlı Əşrəfov Natiq Babək oğlu Dağüstü parkda, Şəhidlər xiyabanı yaxınlığındakı yay kafesinin mühafizəçisi olub. Avqustun 14-nə keçən gecə, Kəlbəcər rayonundan məcburi köçkün və Qarabağ əlili olan N.Əşrəfov tanışı, 1988-ci il təvəllüdlü Əsgərov Babək Bayram oğlu ilə kafedə yeyib-içiblər. Hər iki şəxs bir qədər sərxoş olduqdan sonra mübahisə etməyə başlayıb. Mübahisə getdikcə münaqişəyə çevrilib və B.Əsgərov bıçaqla Qarabağ əlilinin boğazını kəsib. N.Əşrəfov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

***10.25

Ötən gün Bakının Səbail rayonunda ağır cinayət baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Badamdar qəsəbəsində 1988-ci il təvəllüdlü Babək Bayram oğlu Əsgərov tanışı 1972-ci il təvəllüdlü Natiq Cəmil oğlu Əşrəfova çoxsaylı bıçaq zərbələri vurub. Nəticədə N.Əşrəfov ölüb. Hadisənin mübahisə zəmnində baş verdiyi bildirilir.

Belə ki, Natiq Əşrəfov tanışı Babək Əsgərovla mübahisə edib. Yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davanın sonu isə qanla yekunlaşıb. Hadisəni törədən Babək şübhəli şəxs qismində sxalanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA