Bakıda qeyri-adi oğurluğa cəhd

img

12-08-2013 [11:16]


Bu gecə saat 03.00 radələrində Bakının Mərdanov Qardaşları-96 ünvanında qeyri-adi oğurluğa cəhd olub.

Bu barədə mia.az-a daxil olan məlumata görə, rəngli nömrəsiz VAZ 2107 markalı avtomobildə olan naməlum şəxslərin şübhəli hərəkətləri polisin diqqətini cəlb edib. Polisin yaxınlaşdığını görən naməlum şəxslər hadisə yerindən tələsik qaçıblar: «Naməlum şəxslər 103 mm diametrli qaz tənzimləyicisini oğurlamaq istəyiblər. Lakin polisi görəndən sonra qaçmağa məcbur olublar. Hadisə yerinə baxış keçirəndə məlum olub ki, sözügedən tənzimləyici yarısökük vəziyyətdədir».

Məlumatda bildirilir ki, faktla bağlı Nəsimi Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

    /span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA