"Bandotdel" klinikada əməliyyat keçirdi, DİN məlumat yaydı

img

07-08-2013 [16:58]


Yasamal rayonu ərazisində fəaliyyət göstərən "İMEDİS” klinikasında dələduzluq faktı aşkar edilib. 

 Daxili işlər Nazirliyinin məlumatına görə, 6 avqust 2013-cü il tarixində daxil olmuş vətəndaş şikayətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində fəaliyyət göstərən "İMEDİS” klinikasında dələduzluq faktı aşkar edilib. 


Belə ki, orada həkim işləyən Şəlalə Əzimovanın "İMEDİS EXPERT” aparatlarından istifadə edərək müayinə və müalicə etmək adı ilə Bakı şəhər sakinləri Faiq Baxışovu, Seyrulla Abdullayevi və Abşeron rayon sakini Cəsarət Baxşəliyevi aldadaraq onlardan müvafiq olaraq 615, 300 və 160 manat pul alması müəyyən edilmişdir.

Klinikaya baxış zamanı 5 ədəd "İMEDİS EXPERT” proqramının yazıldığı yaddaş kartı, 8 ədəd "İMEDİS EXPERT” aparatı, 5 ədəd kompyuter, 1 ədəd processor aşkar edilərək götürülüb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA