Yanacaqdoldurma məntəqəsində 2 nəfər bıçaqlandı

img

07-08-2013 [14:22]


 Bakıda yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda yanacaqdoldurma məntəqələrinin birinə "FORD TRANSİT” markalı avtomaşında gələn iki naməlum şəxslə orada işləyən Bakı sakini Elvin Heydərov və onunla birgə olan tanışı Məzahir Mürsəlov arasında münaqişə baş verib. Nəticədə naməlum şəxslər Elvin və Məzahirə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıblar.

Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir.

apa

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA