Universitetə girdi, kasıbçılıqdan özünü asdı

img

06-08-2013 [18:08]


 
Gəncə şəhərində intihar hadisəsi baş verib. Moderator.az-ın xəbərinə görə, Gəncənin Kəpəz rayonu, 7 saylı orta məktəbin məzunu Fərzəliyeva Vüsalə Ələddin qızı özünü yaşadığı Elbrus Allahverdiyev küçəsindəki binanın damından asıb.

Gəncə hüquq-mühafizə orqanlarından Moderator.az-a verilən məlumatda isə intiharın şok səbəblərindən bəhs edilir. Həmin informasiyada bildirilir ki, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub.

Belə ki, Fərzəliyeva Vüsalə builki imtahanların nəticələrinə görə, ali məktəbə qəbul olunsa da, Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb. Ali təhsil almağı nə qədər arzulasa da, Bakıda yaşamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb.

Qeyd edək ki, bu, Gəncədə son zamanlar dördüncü intihar hadisəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA