Qurban Məmmədov şikayəti verib

img

05-08-2013 [16:26]


Vəkil Qurban Məmmədovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını deyib.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs-qətimkan tədbirini 1 ay da uzadıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA