Lütfəli Babayev döyülməsi xəbərindən danışdı: "Mən şərh vermək istəmirəm..."

img

02-08-2013 [13:59]



"Mən o qəzetləri oxumuram və orada yazılanlarla bağlı heç bir şərh vermək istəmirəm. O qəzetləri sizlər oxusanız, bəsdir”.

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Zərdabın icra başçısı Lütfəli Babayev kabinetində qara maskalılar tərəfindən döyülməsi barədə "Yeni Müsavat”da yer alan xəbərə münasibət bildirərkən deyib. 

Qeyd edək ki, məlumata görə ”qara maskalılar" icra başçının kabinetinə hücum edərək döyüb, sonra isə Bakıya aparıblar. Ancaq icra başçısı bu barədə məlumata heç bir şərh vermək istəmədi. Və bunu ümumiyyətlə, barəsində belə məlumatlar yayan qəzetləri oxumaması ilə əlaqələndirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA