Sumqayıtda silahlı insident olub

img

02-08-2013 [11:43]


Sumqayıtda silahlı insident olub. Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə 16-cı mikrorayonda qeydə alınıb. Həmin ünvanda yaşayan Amid Vaqif oğlu Fərzəliyevin evi naməlum şəxs tərəfindən odlu silahdan bir neçə dəfə atəş açılıb. Ev sahibi dərhal bu barədə polisə məlumat verib.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı məlum olub ki, evə "Vinçestr” markalı silahdan atəş açılıb. Evin həyətindən bir neçə giliz götürülüb.

Axtarış tədbirləri nəticəsində hadisəni A. Fərzəliyevin keçmiş kürəkəni, 1986-cı il təvəllüdlü Cavid İsa oğlu Muradov tərəfindən törədilməsi müəyyənləşib və o saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA