Həbsxanada dəhşətli hadisə: məhkum öz ətini kəsib yedi

img

01-08-2013 [01:50]


Türkiyənin Tekirdağ vilayətindəki həbsxanada dəhşətli hadisə baş verib. Yerli mətbuatın xəbərinə görə, 38 yaşlı məhkum meyvə bıçağı ilə ayağının baldırını kəsərək bişirib və yeyib. Ayağından qan axdığı üçün tibb məntəqəsinə çatdırılan məhkumun ruhi xəstə olduğu bildirilib. 

Məlumata görə, 10 ildir Tekirdağ "F” (fərdi) tipli həbsxanada məhkumluq həyatı yaşayan A.T. ayağının baldır hissəsindən 5 cm ət kəsib. Əti suda bişirən məhkum sonra bunu yeyib.

Daha sonra tibb məntəqəsinə çatdırılan məhkumun baldırına tikiş vurulub.

Qeyd edək ki, psixoloji problemi olduğu bildirilən məhkumun daha əvvəl də intihara cəhd etdiyi qeyd edilib.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA