Azərbaycanda məktəb direktoru özünü kitabxanada asdı

img

30-07-2013 [16:57]


Azərbaycanda məktəb direktoru intihar etdi. Hadisə Qubada baş verib. Rayonun Muçu kənd sakini Əliağa Eyvazov bu gün səhər özünü asıb. 

Rayondan verilən məlumata görə, Ə.Eyvazov kənd məktəbinin direktorudur. O məktəbin kitabxanasında özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil. 

Quba rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Polis baş leytenantı Anar Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, məktəb direktoru son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş: "Prokurorluğun müstəntiqi ilə də danışdım. Mərhumun üzərində hər hansı xəsarət, ya da zorakılıq əlaməti yoxdur. Eyvazov intihar edib. İntiharla bağlı ilkin ehtimalımız isə onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkməsidir. Bu səbəbdən o özünü asıb”.

İntiharın səbəbləri rayon Prokurorluğunda araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA