Bakıda küçənin ortasında dava və qətl

img

30-07-2013 [13:50]



Bakının Nizami rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, gecə saatlarında Qara Qarayev prospektində 36 yaşlı Beyləqan sakini Fazil Qasımov qətlə yetirilib. Onu küçənin ortasında iki bıçaq zərbəsi ilə öldürüblər.

Qətli törədən şəxs isə qısa zamanda həbs edilib. Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 38 yaşlı Elnur Məmmədovu tutaraq istintaqa təhvil veriblər.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Qasımov dava zamanı öldürülüb. Hər iki şəxs gecə saat 12 radələrində "Suqovuşan” kafesində qonşu masalar arxasında əyləşiblər. Lakin təklikdə əyləşmiş Məmmədovdan fərqli olaraq, Qasımovun yanında yüngül əxlaqlı qadın da olub.

Hadisənin baş verdiyi anda Məmmədov və Qasımov içkili olublar.

Məmmədovun sözlərinə görə, hər şey Qasımov və onun yanındakı qadınla mübahisədən başlayıb. Bu zaman Qasımov qadını pis sözlərlə təhqir edib. Məmmədovun qonşu masa arxasında əyləşmiş kişinin qadını söyməsi xoşuna gəlməyib. O, Qasımova yaxınlaşaraq, özünü yaxşı aparmasını tələb edib. Lakin Qasımov buna cavab olaraq Məmmədovu söyüb.

Bu, Məmmədovun cibindən oboy kəsmək üçün bıçağı çıxararaq, Qasımova qarın və sinə nahiyəsindən iki zərbə endirməsi üçün kifayət edib.

Hadisədən dərhal sonra qatil qaçıb gizlənib.

Bildirilir ki, Məmmədovun iki azyaşlı uşağı var. O, bazarda işləyib və xırdavat satıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA