27-07-2013 [18:39]
Təbii ki, dostum zarafat eləmirdi. Baş verən rəzillikdən necə tüstüləndiyi telefondakı səsindən də bəlli idi. Hayfa "Makkabi”sindən aldığımız utancverici məğlubiyyətə 50-60 dostum şahidlik etsə idi nə vardı ki… Heç bu yazını yazmağa da ehtiyac qalmazdı. Nə yazıq ki, təkcə klub deyil, Lənkəran və Azərbaycan adına bu rəzaləti bütün dünya gördü.
Nə Mübariz Mənsimovun yaratdığı "Xəzər Lənkəran”, nə Lənkəran, nə də Azərbaycan bu biabırçı hadisəyə layiq deyildi. İki oyunda qapımızı aşsüzənə döndərməyə "Makkabi”nin tək gücü çatmazdı. İsrailli futbolçularla qələbəni xonçada bağışlayanlar oldu. Şərəfi "kitayski” çıxanlar bizə bu rüsvayçı məğlubiyyəti yaşatdılar.
Klubda işlərin "ni to” getdiyini görməyən, duymayan yox idi. Həyatda ən acı şey insanın qorxduğunun başına gəlməsidi. Hayfalı futbolçularla cavab görüşündən öncə klub rəsmilərindən biri ilə telefon danışığımızda oyunda bəzi futbolçuların "oyun oynayacağından” şübhələrimi dilə gətirmişdim. Təəssüf, çox təəssüf ki, proqnozum özünü doğrultdu. Sevinmirəm. Allah kəssin belə düz çıxan proqnozu.
Lənkəranın adına, Mübariz Mənsimovun nüfuzuna, "Xəzər Lənkəran”ın 10 illik tarixinə qara ləkə vurulub. Bunu yalnız qapımızdan qol keçirənlər etməyib. Bu gün adı əsas heyətdən uzaqlaşdırılan futbolçular da rəzalətin tək günahkarları deyillər. Mirzə İbrahimovun "Böyük dayaq” əsərində yazıldığı kimi, onlardan da təhlükəli ilanlar daş altında yatır.
Könül verdiyimiz "Xəzər Lənkəran”ın faciəli durumu göz qabağındadı. Bu acınacaqlı vəziyyətə görə klubda çalışan hər bir kəs məsuliyyət daşıyır. Heç kim orda-burda gizlənməyə cəhd göstərməsin. İnsanlardan qaçmağa, gizlənməyə nə var ki. Amma Allahdan qaçmaq hələ heç bir bəndəyə nəsib olmayıb. Yarımcan "Turan”ı, "Gəncə”ni, onlardan geri qalmayan Malta "Slima”sını güc-bəla ilə udanda telekanallardan, qəzet və saytlardan gözümüzü yağır edən klub rəsmiləri niyə indi görünmürlər? Çıxıb niyə azarkeşlərdən üzr istəmirlər? Mən bildiyim qədər ilə Mübariz Mənsimov yalnız mətbuat xidmətinin rəhbərinə maaş vermir. Klubda ancaq rəhbər vəzifə tutan bir "KAMAZ” adam var. Niyə indi biri də gözə dəymir? Onların da şərəfinin "kitayski” çıxdığına inanmaq istəmirəm.
İnandığım bir şey var. Klub azarkeşlərinin bu məsələdə heç bir günahı yoxdu. Buna yüzdə yüz əminəm. Həmin faciəli və qara gündə heç bir "Xəzər Lənkəran” azarkeşi "Maral, Maral, Maral” kimi düşük mahnını kefindən oxumayıb. Heç bir lənkəranlı gülümoğlan Güloğlanın yumruğuna güvənən, Mahiri mahircəsinə şıllaq atan "Neftçi”nin adını sevincindən qışqırmayıb. Bunları əsəbdən, ürək yanğısı və sizə nifrətdən ediblər. Klub rəhbərliyi anlamır ki, azarkeşlərin onlara borcu yoxdu. Klubun onlara borcu var. Təbii ki, söhbət mənəvi borcdan gedir. Maddi yox, mənəvi borcdan. Bilmirəm, anlada bildimmi?
Gözəl şairimiz, dəyərli ziyalımız Musa Yaqubun çox sevdiyim misrası var
Bəlkə də yeganə müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə.
Dostum Musa Yaqub tək deyil. "Xəzər Lənkəran”ın savaba- "ağ-yaşıllara” köül verdiyinə görə cəhənnəm çəkən on minlərlə azarkeşi var.
Ola bilsin ki, yaxın 20-25 gündə klub rəsmilərindən kimsə mətbuatda peyda olmağa özündə güc tapsın və "Biz baş məşqçinin işinə qarışmırıq” kimi köhnə bayatı oxusun.
Ola bilsin… Amma beləsi varsa bilməlidi ki, Con Toşak kimi dünyaca məşhur məşqçinin işinə qarışmağa onun səviyyəsi yetməz. İkincisi də, baş məşqçinin işinə qarışmamaq hər hansı bir klub rəsmisini məsuliyyətdən azad etmir. Yenə söhbət maddi yox, mənəvi məsuliyyətdən gedir. Bilmirəm, anlada bildimmi?
Yazıya nöqtə qoyanda daha bir dostum zəng etdi. Soruşdu ki, Con Toşakın sehrli çubuğu nə oldu? "Konturum” az olduğundan dostuma qısa cavab verdim:
- Toşakın sehrli çubuğunun üstünə Rednikin pişikləri zad edib…
ETİBAR CƏBRAYILOĞLU
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı