Gəncədə qadın məhkəmə binasının qarşısında özünü yandırmaq istəyib

img

25-07-2013 [18:38]


Gəncədə Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında intihara cəhd edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Çimnaz Hacıyeva Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının qarşısında üzərinə neft tökərək özünü yandırmaq istəyib. Ətrafdakı şəxslərin səyi nəticəsində qadının əlindən kibriti almaq mümkün olub.


Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Ç. Hacıyevanın qızı Bəsti Məmmədova bir neçə ay öncə Şəmkir rayonunda əri tərəfindən qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunda açılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində göndərilib. Dövlət ittihamçısı Məhkəmə gəlmədiyi üçün proses təxirə salınıb. 54 yaşlı Çimnaz Hacıyeva da məhkəmə prosesinin təxirə salınmasına etiraz edərək özünü yandırmaq istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA