Nikol Paşinyan ABŞ-a səfərə gedir

img

17-09-2019 [12:30]


Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin gündəliyi açıqlanıb.

"Sputnik Armeniya” xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, sentyabrın 21-də Nikol Paşinyan ABŞ-a işgüzar səfərə yola düşəcək.

Sentyabrın 22-də Los-Ancelesdə, şəhərin mərkəzində mitinqdə iştirak və çıxış edəcək. Kaliforniya ştatı və şəhərinin rəhbərliyi, erməni icmasının nümayəndələri və erməni KİV-in təmsilçiləri ilə görüşü gözlənilir. Nikol Paşinyanın yerli iş adamlarının iştirakı ilə keçiriləcək biznes foruma da qatılacağı planlaşdırılıb. O, San-Xosedə yüksək texnologiyalar sahəsinin təmsilçiləri, erməni etnik qrupunun nümayəndələri olan mütəxəssislərlə görüşəcək.

Onun Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışı nəzərdə tutulub. N.Paşinyan BMT-nin baş katibi Antoniu Qutterişlə də görüşəcək.

Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA