BMT baş katibi İranın nüvə proqramına dair dialoqu davam etdirməyə çağırıb

img

16-09-2019 [15:06]


"BMT İranın nüvə proqramı ətrafındakı gərginliyin artmasından narahatdır və bütün maraqlı tərəfləri sülh və sabitlik naminə davamlı dialoqu davam etdirməyə çağırıb".

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində deyilir.

Müraciət Beynəlxalq Aton Enerjisi Agentliyinin (İAEA) Baş Konfransı iştirakçılarına BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin icraçı direktoru Yuri Fedotov tərəfindən elan edilib.

"Müştərək Əhatəli Plan çərçivəsində İranın öhdəliklərini yoxlamaq üçün İAEA-nın səylərini alqışlayıram. Lakin İranın nüvə məsələsi ilə bağlı gərginliyin artması biz getdikcə daha çox narahat edir. Regionda sülhü və sabitliyi təmin etmək üçün davamlı dialoq həddindən artıq zəruridir”, – müraciətdə vurğulanır.

Xatırladaq ki, bu gün BMT-nin Vyana bölməsində işə başlayan İAEA Baş Konfransının 63-cü sessiyası zamanı 170-dən çox ölkənin nümayəndələri sentyabrın 20-dək nüvə enerjisi, nüvə təhlükəsizliyi, nüvə silahlarının yayılmamasına dair zəmanətlər, İran və Şimali Koreyanın nüvə silahları ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA