Nazirlər Kabinetinin aparat rəhbəri istefa verib - Gürcüstanda

img

11-09-2019 [22:38]


Gürcüstanın hökumət administrasiyasının aparat rəhbəri Giorgi Çoladze istefa verib.

Bu barədə G.Çoladze "Facebook” səhifəsində yazıb.

O, bu gün hökumət administrasiyasının aparat rəhbəri vəzifəsində sonuncu iş gününün olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA