Ağsu rayonunda dağlıq ərazidə yanğın - Helikopter ərazidə

img

29-08-2019 [15:24]


Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon Icra Hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR